Maradona "Napoli"ni çalışdırmaq istəyir
Argentinalı futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona gələcək karyerası ilə bağlı açıqlamalar verib.

Maradona bir gün oyunçu kimi uğurlar qazandığı "Napoli"də baş məşqçi olmaq istədiyini deyib.

"Napoli"də çox yaxşı günlərim olub. Hazırda klub A seriyasında uğurlu çıxışı ilə yadda qalır. Sözsüz ki, bunun əsas səbəbkarlarından biri komandanın çalışdırıcı Rafael Benitezdir. Mən də ondan sonra "Napoli"nin baş məşqçisi olmaq istəyərəm" - deyə Maradona bildirib.

Qeyd edək ki, 1984-1991-ci illərdə "Napoli"nin şərəfini qoruyan Maradona keçirdiyi 188 oyunda 81 qola imza atıb.

Xəbər 865 dəfə oxundu.