"Bavariya"nın hücumçusu "Barselona"ya doğru
"Bavariya" klubunun futbolçusu Tomas Müller yeni mövsümdən "Barselona" forması geyinə bilər.

Kataloniya klubu alman oyunçunun mövsümün sonunda transferi üçün artıq Münhen təmsilçisi ilə razılığa gəlib.

İspaniyada görüşən hər iki tərəfin nümayəndələri arasındakı danışıqlar müsbət yekunlaşıb.

Qeyd edək ki, Müller 2008-ci ildən "Bavariya"nın əsas komandasında forma geyinir.

Xəbər 878 dəfə oxundu.