Löv Almaniya millisi ilə müqaviləni artırdı
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv komandayla müqaviləni artırıb. Bu barədə ölkə futbol federasiyasının rəsmi saytı məlumat verib. 53 yaşlı mütəxəssislə 2016-cı ilə qədər sözləşmə imzalanıb.

Eyni zamanda baş meneceri Oliver Birxoff və qapıçıların məşqçisi Andreas Kepke ilə də müqavilə artırılıb.

Xəbər 940 dəfə oxundu.