Səmti müəyyən etmə üzrə açıq ölkə çempionatı keçiriləcək
Oktyabrın 27-də səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatı keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, yarışın açılışı Binəqədi rayonunun “Avtovağzal” adlanan ərazisində 10:30-da baş tutacaq.

Rəqabətə 11:30-da start veriləcək. Təxminən 150 nəfərədək idmançının qatılacağı gözlənilən çempionat, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçiriləcəkdir.

Xəbər 2297 dəfə oxundu.