"Mançester Yunayted" "Qalatasaray"dan Sneyderi istəyir
"Qalatasaray" klubunun yarımmüdafiəçisi Uesli Sneyder qışda karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Hollandiyalı futbolçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

İstanbul təmsilçisi isə Sneyderin əvəzində "Mançester Yunayted"dən Luiş Nanini tələb edib. "Qırmızı şeytanlar"ın bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Sneyderlə İngiltərənin "Çelsi" klubu da yaxından maraqlanır.

Xəbər 872 dəfə oxundu.