Huntelaar ilin sonuna kimi sıradan çıxdı
“Şalke”nin hücumçusu Klas-Yan Huntelaar ilin sonuna kimi komandasına kömək edə bilməyəcək. 30 yaşlı hollandiyalı futbolçu məşqlərə yenicə qayıtmışdı ki, zədəsini təzələyib. Cari mövsümdə Huntelaar bundesliqada və Almaniya kubokunda 3 oyun keçirib. O, bu görüşlərdə 3 qol vurub və 1 məhsuldar ötürmə verib. 2010-cu ildən “Şalke”nin şərəfini qoruyan forvard 120 matçda 80 dəfə fərqlənib.

Xəbər 899 dəfə oxundu.