Binəqədidə şahmat üzrə rayon birinciliyi keçirilib
7-14 oktyabr Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən rayon məktəblilərinin XXVI Spartakiadasının proqramına daxil olan şahmat üzrə rayon birinciliyi keçirilib.

276 saylı tam orta məktəbdə 26 komanda 156 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili olub.

Sonda birinciyə 99, ikinciyə 102, üçüncü yerə 30 saylı orta məktəbin komandası layiq görülüb.

Xəbər 948 dəfə oxundu.