Binəqədidə rayon birinciliyi keçirilib
17 sentyabr 10 oktyabr Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən rayon məktəblilərinin XXVI Spartakiadasının proqramına daxil olan “futbol” növü üzrə rayon birinciliyi keçirilib.

248 saylı orta məktəbdə 26 komanda tərkibində 468 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi, yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi olub.

Sonda birinciyə 284, ikinciyə 244 saylı orta məktəb, üçüncü yerə 267 saylı məktəb liseyin komandaları layiq göülüblər.

Xəbər 1030 dəfə oxundu.