Cəzaçəkmə müəssisəsində voleybol turniri keçirilib

Penitensiar xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində voleybol üzrə turnir keçirilib.
Tədbirdə Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsi rəisinin müavini İntiqam Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Elvin Əhmədov keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulayıblar və turnir iştirakçılarına uğurlar diləyiblər.
Yarış 8 komandanın iştirakı ilə dairəvi sistem üzrə keçirilib. Turnirdə 1-ci yeri "Alov" , 2-ci yeri "Qalib”, 3-cü yeri isə "Sahil" komandası tutub.
Komandalara diplomlar və xatirə hədiyyələri verilib.

Xəbər 1247 dəfə oxundu.