"Real"la oyunöncəsi "Yuventus"da ciddi itki
"Yuventus" Çempionlar Liqasının qrup mərhələsində "Real"la (Madrid) oyuna ciddi itki ilə çıxacaq.

Klubun 31 yaşlı oyunçusu Fabio Kvalyarella zədə səbəbindən 20 gün forma geyə bilməyəcək. Bu isə o deməkdir ki, təcrübəli hücumçu Madrid klubu ilə hər iki qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, F.Kvalyarella ÇL-də "Qalatasaray"la matçda (2:2) komandasının ikinci qolunu vurub.

Xəbər 812 dəfə oxundu.