"Rubin" futbolçusu ilə müqavilə yenilədi
"Rubin" (Kazan) klubunun futbolçusu Gökdəniz Qaradəniz komandası ilə müqavilə yeniləyib.

Türkiyəli futbolçu 2016-cı ilə qədər "Rubin"in şərəfini qoruyacaq.

Altı mövsümdür Kazan təmsilçisində çıxış edən Gökdəniz yeni müqavilə imzalaması ilə bunları deyib: "Bu müqavilə sadəcə formal xarakter daşıyır. "Rubin" hər zaman qəlbimdə xüsusi yer tutacaq".

Qeyd edək ki, "Rubin"in heyətində 168 oyunda forma geyinən Gökdəniz 36 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 831 dəfə oxundu.