Hodson: "İngiltərə dünya çempionatının favoriti deyil"
İngiltərə millisinin baş məşqçisi Roy Hodson komandasının gələn il Braziliyada keçiriləcək dünya çempionatındakı şansları haqda danışıb.

Təcrübəli mütəxəssis azarkeşlərin millidən böyük bir uğur gözləməsinin düzgün olmadığı deyib.

O, komandasını dünya çempionatının favoritlərindən hesab etmədiyini bildirib: "Cənubi Amerikada daha əvvəl oynanılan çempionatlarda Avropa yığmasının birinci olmadığı bir reallıqdır. Bu səbəbdən Avropa komandaları bu statistikanı bilərək Braziliyaya gedəcəklər. Sözün düzü, mən favorit olduğumuzu düşünmürəm. Dünya çempionatını hər zaman yaxşı millilər qazanır" - deyə Hodgson bildirib.

Qeyd edək ki, İngiltərə yığması tarixi ərzində bir dəfə dünya çempionluğu yaşayıb ki, bu da 1966-cı ilə təsadüf edir.

Xəbər 945 dəfə oxundu.