Pley-off mərhələsinin səbətləri müəyyənləşdi
"DÇ-2014"ün "pley-off" mərhələsinin püşkatmasının səbətləri məlum olub.

Avropa seçmələrində qrupları ikinci pillədə tamamlayan 8 komandadan 4-ü FİFA reytinqinə uyğun olaraq Portuqaliya (14), Yunanıstan, (15) Xorvatiya (18) və Ukrayna (20) birinci səbətdə yer alacaq.

Fransa (21), İsveç (25), Rumıniya (29) və İslaniya (46) yığmaları isə püşkatmaya ikinci səbətdən qatılacaq.

Qeyd edək ki, "pley-off"un püşkatması oktyabrın 21-i atılacaq. Oyunlar isə 15-19 noyabrda keçiriləcək.

Xəbər 885 dəfə oxundu.