Çələbiyev dünya çempionatına qələbə ilə başladı
Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında milli komandamızın üzvlərindən bu gün ilk olaraq Cavid Çələbiyev (56 kq) rinqə çıxıb. Həmyerlimiz gərgin mübarizə şəraitində keçən döyüşdə tacikistanlı Oraz Avzalşoevi məğlub edib – 2:1 (28:29, 29:28, 30:27). Çələbiyev 1/16 finalda Olimpiya oyunlarının mükafatçısı, “Baku Fires” klubunun sabiq üzvü Tuqsqot Nayambayarla (Monqolustan) qarşılaşacaq. Bu gün axşam proqramında isə Soltan Migitinov (75 kq) rinqə çıxacaq. Onun rəqibi yamaykalı Conatan Hanson olacaq.

Xəbər 903 dəfə oxundu.