Sven Qoran Erikson Polşa millisini çalışdıra bilər
Məşhur isveçli mütəxəssis Sven Qoran Erikson Polşa millisini çalışdıra bilər.

Bu barədə xəbəri "Daily Mail" qəzeti yayıb.

Erikson boş qalmış baş məşqçi postuna ən real namizədlərdən hesab olunur. Təcrübəli mütəxəssis təklifi qəbul edəcəyi təqdirdə Erikson gələn ilin yanvar ayından Polşa yığmasını çalışdıracaq.

Qeyd edək ki, "DÇ-2014"ün seçmə mərhələsinin son oyununda İngiltərəyə 0:2 hesablı məğlubiyyətdən sonra Polşa Futbol Federasiyası (PFF) baş məşqçi Voldemar Fornaliklə yollarını ayırıb.

Xəbər 828 dəfə oxundu.