Valdesin yeni komandası məlum oldu
"Barselona"nın qapıçısı Viktor Valdesin yeni komandası məlum olub. Belə ki, İspaniya millisinin də qapısını qoruyan əlcək sahibi karyerasını "Monako" klubunda davam etdirmək qərarı alıb. Onun farnsız klubuna keçidi 99% həll olunub. Artıq kataloniya klubu Valdesi öz heyətində tuta bilməyəcəyini anlayıb, yeni qapıçı axtarışına çıxıb. "Barsa"nın ilk hədəfi isə "Borussiya Münxenqladbax" klubunun qapıçısı Mark-Andre ter Şteqendir.

Xəbər 963 dəfə oxundu.