Xorvatiya yığmasında müvəqqəti baş məşqçi
Xorvatiya Futbol Federasiyası baş məşqçi İqor Ştimatsın istefasını qəbul edib. Xorvatiya millisi DÇ-2014-ün seçmə mərhələsində qrupu ikinci pillədə tamamlayıb, play-offa vəsiqə qazansa da, 46 yaşlı mütəxəssis postundan getmək qərarına gəlib. Federasiya isə millini müvəqqəti olaraq yığmanın sabiq üzvü Niko Kovaça tapşırıb. Qarşıdakı play-off matçlarına Xorvatiyanı məhz 42 yaşlı keçmiş yarımmüdafiəçi çıxaracaq.

Xəbər 820 dəfə oxundu.