Buffon: "Yaxşı ki, "Barselona"ya transfer olunmadım"
"Yuventus" klubunun qapıçısı Canluici Buffon 2001-ci ildə "Barselona"dan təklif aldığını etiraf edib.

İtaliyalı qolkiper "Yuventus"da qaldığı üçün xoşbəxt olduğunu bildirib:

"2001-ci ildə "Barselona"ya transfer oluna bilərdim. Ancaq atam "Yuventus"a getməyimi istədi. O gün üçün atama təşəkkür edirəm. Çünki Turində çox gözəl günlərim olub. Artıq 35 yaşım var. Ancaq daha bir neçə il oynamağı planlaşdırıram".

Qeyd edək ki, Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub.

Xəbər 914 dəfə oxundu.