«Ay-ulduzlular»ımız Rusiya millisi ilə hec-hecə etdi
Bu gün milli komandamız dünya çempionatının seçmə qrup mərhələsində sonuncu matçına çıxıb. İdman.com.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Rusiya olub.

Komandamız tsiklin son matçında müsbət nəticə qazanmağa çalışacaqdı. Amma qrup lideri ilə görüşdə «ay-ulduzlular»ımızın işi heç də asan olmayacağı dəqiq idi. Foqtsun komandası oyuna o qədər də yaxşı başlamayıb və erkən qol buraxıb.

Hətta matçın sonlarında Maksim Medvedev meydandan qovulub. Buna baxmayaraq, komandamız son dəqiqələrdə Cavadovun cavab qolu ilə son görüşdə də bir xal qazanmağı bacarıb - 1:1.

Xəbər 1166 dəfə oxundu.