Nazir Azad Rəhimov bu dəfə Beyləqanda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 14-də Beyləqan şəhərində vətəndaşları qəbul edəcək.

Qəbulda Beyləqan, İmişli, Ağcabədi və Biləsuvar rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11.00-da Beyləqan şəhəri, Heydər Əliyev prospekti-3 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində başlanacaq.

Qeyd edək ki, bu ilin aprelindən indiyədək nazir Azad Rəhimov Lənkəran, Mingəçevir, Şirvan, Quba, Qəbələ, Gəncə, Sumqayıt şəhərlərində qəbullar keçirib. Bu qəbullarda ümumilikdə, 50 rayon və şəhərin sakinləri iştirak ediblər.

Xəbər 1489 dəfə oxundu.