Millimiz yubiley matçında qələbə qazandı
Bu gün futbol üzrə Azərbaycanın milli komandamız dünya çempionatının seçmə qrup mərhələsidə növbəti matçına çıxıb. İdman.com.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Şimali İrlandiya olub.

Bu, yığmamızın tarixi ərzində 200-cü matçı idi. Yubiley qarşılaşması komandamız üçün uğurlu alınıb. Nəticədə, millimiz 2:0 hesabla qalib gəlib. Bizdən qolları 58-ci dəqiqədə Rüfət Dadaşov və 90+5-də Mahir Şükürov vurublar.

Xəbər 922 dəfə oxundu.