2 boksçumuz reytinqdə hamıdan öndə
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) dünyanın ən güclü rinq ustalarının yeni siyahısını elan edib. İdman.com.az saytı xəbər verir ki, sıralamada milli komandamızın 2 aparıcı üzvü - Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) da adı var. Onlar öz çəki dərəcələrində hamıdan öndədilər.

Təmsilçilərimizin iyunda Minskdə keçirilmiş Avropa çempionatında uğurlu çıxışları, onların xeyli vaxtdır reytinqdə yüksəkdə qərarlaşmalarına şərait yaradıb.

Təəssüf ki, digər boksçularımızdan ilk üçlüyə heç kim daxil olmayıb. Qəribədir ki, aparıcı boks ölkələrindən sayıdan Rusiyanın siyahıda 1-ci yerdə yalnız bir idmançı var. Eyni vəziyyət Kubada da mövcuddur. Ukrayna yığma komandasının bizim kimi, 2 çəkidə (69 kq və 65 kq) favoritdi.

Xəbər 1095 dəfə oxundu.