Superliqada yeni qaydalar
Qadın voleybolçular arasında Azərbaycan Superliqası cari mövsümdən yenidən pley-off sisteminə keçib. İdman.com.az saytı xəbər verir ki, yarışda komandaların sayı azaldığından, əvvəlki kimi ilkin mərhələdə 4 dövrəlik sistem qalacaq.

Amma qalib 4 ən güclü klubun 2-ci raunda yeni mübarizəsindən sonra müəyyənləşəcək.

Ölkə çempionatı oktyabrın 17-də start götürəcək. Bu rəqabətdə «Rabitə», «Azəryol», «İqtisadçı», «Azərreyl», «Lokomotiv» və «Telekom» iştirak edəcəklər.

Qazanılan xallar olduğu kimi qalacaq: 3:0 və 3:1 hesabı ilə bitən oyunda 3, minimalda (3:2) 2 xal qeydə alınacaq. Uduzan kollektiv bu matçda aktivinə 1 xal yazdıracaq.

Xəbər 917 dəfə oxundu.