Patimat Baqomedova dünya üçüncüsü oldu

İstanbulda keçirilən dunya çempionatında qadın güləşçilərimizin uğurlu çıxışı davam edir. Milli komandanın lideri Mariya Stadnikin (48 kq) ardından Patimat Baqomedova (51 kq) da fəxri kürsüyə çıxıb. İlk mübarizədə monqolustanlı Otqontsetsequ Daavasuxa uduzan təmsilçimiz ümidini üzməyib. Rəqib finala qədər irəlilədiyindən o, təsəlliverici görüşlərə qatılıb. Almaniyalı Aleksandra Engelhartı üstələyən güləşçimiz, 3-cü yer uğrunda qarşılaşmada hindistanlı Rati Nehoyu da məyus edərək, bürünc mükafata sahib çıxıb (1:0, 1:0).

Xəbər 1065 dəfə oxundu.