Bədii gimnastika üzrə 20-ci Bakı çempionatına start verilib
Oktyabrın 10-da paytaxtda bədii gimnastika üzrə 20-ci Bakı çempionatına start verilib.

Çempionatda “Neftçi” və Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi və “Spartak”, “Sərhədçi” və Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gimnastlarından başqa, əvvəldə “Bakı” Peşəkar İdman Klubu indiki “Baku Flames” adından gənc idmançılar yarışırlar. Gimnastlar altı yaş qrupuna bölünüblər.

Ümumilikdə 92 gimnastın iştirakı ilə keçirilən çempionata senior və yuniorlar, həmçinin 2001-2002, 2003, 2004 və 2005-ci il təvəllüdlü iştirakçılar da qatılıblar. İdmançılar yalnız mütləq çoxnövçülükdə medallar uğrunda mübarizə aparırlar.
Çempionat oktyabrın 11-dək davam edəcəkdir.

Qeyd edək ki, Bakı turniri noyabrda İsmayıllı Olimpiya İdman Kompleksində keçiriləcək Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır.

Xəbər 1457 dəfə oxundu.