Əfsanəvi qapıçının dedikləri
"Mançester Yunayted" in əfsanəvi qapıçısı Van Der Sar klubun qazandığı qələbələrdə De Xeanın oyunun böyük rolu olduğunu bildirdi.

"Bu sadəcə inanılmazdır. O, 20 yaşında başqa bir çempionatdan "Mançester Yunayted" klubuna keçir. İngilis dilini bilməyib, İspaniyadan bura gəlir. Buranın mətbəxi, oyun tərzi və məşq metodikası çox fərqlənir. Künc və cərimə zərbələri zamanı qapı qarşısına edilən asmalar İspaniyada olanlardan fərqlidir. Buna görə, ilk vaxtlarda bu amillərlə problemləri var idi.

De Xeanın yanvar ayından nümayiş etdirdiyi oyun "Yunayted"i daha da güclü edib. Bu da çempionluğun qazanmasında 2-3 əsas səbəblərdən biri oldu"

Xəbər 1124 dəfə oxundu.