"Milan" klubu Adidas şirkəti ilə müqaviləni uzatdı
"Milan" klubu Adidas şirkəti ilə müqavilənin uzadılması haqda rəsmi bəyanat verib. Yeni işbirliyi 2023-ci ilə qədər nəzərdə tutulub.
Mərasimdə "Milan"ın vitse-prezidenti Adriano Qalliani, Adidas İtalinin texniki direktoru Jan-Mişel Qranye, Adidasın başçısı Qerbert Hayner, habelə klubun futbolçuları Kaka və Mattia De Şilyo da iştirak edib.

Qeyd edək ki, Adidas 1998-ci ildən bəri "rossoneri"lərin texniki sponsorudur.

Xəbər 790 dəfə oxundu.