Benzema Karlo Ançelottini günahkar çıxardı
"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema maraqlı açıqlamaları ilə diqqət çəkib.

Fransız futbolçu uzun müddətdir qol vura bilməməsini baş məşqçi Karlo Ançelottinin oyun sistemi ilə əlaqələndirib:

"Komandaya fərqli cəhətlərdən kömək edirəm. Bu tənqidləri haqq etmədiyimi düşünürəm. Bəzi 9 nömrəli futbolçular var ki, onlar daha çox qol vururlar. Bəziləri də qol vurmaqdan daha çox məhsuldar ötürmə ilə yadda qalırlar. Mən bunlardan ikincisiyəm. Bütün diqqətimi komandamın qələbəsinə yönəltmişəm. Məhz Ançelottinin oyun sisteminə görə az qol vururam".

Qeyd edək ki, Benzemanın qışda "Real"dan ayrılaraq "Arsenal"a gedəcəyi iddia olunur.

Xəbər 1098 dəfə oxundu.