Kaxaber Sxadadze Gürcüstan toplanışından danışdı
“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze komandasının Gürcüstanda keçirdiyi toplanış barədə fikirlərini bölüşüb.

Klubun rəsmi saytına danışan gürcü mütəxəssis

"Futbolçulara istirahət etmək müyəssər oldu və hazırda yaxşı hazırlaşmaq üçün ixtiyarımızda kifayət qədər vaxt var. İlk iki gündə futbolçular çox yaxşı çalışdılar, bu gün həmçinin iki məşqin keçirilməsi planlaşdırılır.

Düşünürəm ki, şəraitin dəyişməsi bizə faydalı olacaq. Biz hər il buraya gəlirik və həmişə kifayət qədər yaxşı hazırlaşırıq. Toplanışın ilk günlərində futbolçuları böyük həcmli iş gözləyirdi, lakin onlar çox həvəslə işin öhdəsindən gəlirlər ki, bu da məni sevindirməyə bilməz. Məşqlər kifayət qədər məhsuldar keçir və bu, məni sevindirir. Belə çalışmaqda davam etsələr, o zamanda komanda mütləq artıracaq".

Xəbər 921 dəfə oxundu.