«Kayserispor»da istefa şoku
«Qaziantepspor»a 0:1 hesabıyla yenilən «Kayserispor»da qarşılaşma sonrasında bir araya gələn prezident Recep Mamurla idarə heyətinin üzvləri istefa qərarını verdilər. «Kayserispor»un idarə heyətinin bu qərarı ardından oktyabrın 23-də fövqəladə konqresin keçirilməsi qərara alındı.

Komandanın azarkeşləri «Qaziantepspor»la qarşılaşmanın ardından rəhbərliyi istefaya çağırmışdı. «Kayserispor» rəhbərliyinin istefa qərarında klubun tək buraxıldığı, maddi və mənəvi dəstək ala bilmədiyi səbəb göstərildi.

Xəbər 909 dəfə oxundu.