«Gerçək Sneyderi mənimlə görəcəksiniz»
«Qalatasaray»ın yeni baş məşqçisi Roberto Mançini İtalyan mətbuatına açıqlamalar verib. Təcrübəli mütəxəssis deyir: «Mənim adıma İstanbula pul üçün gedib» deyirlər. Bu, həqiqəti əks etdirmir. «Qalatasaray» çox nüfuzlu bir klubdu, bura onun üçün gəldim. İtaliyada hər zaman puldan danışırlar. Amma İstanbulda olmağımın pulla əlaqəsi yoxdur. Bura Asiya ilə Avropanı birləşdirən çox xüsusi bir şəhərdi».

«Qalatasaray»ın heyət dərinliyinə diqqət çəkən təcrübəli məşqçi Sneyder haqqında iddialı danışdı: «Qalatasaray»da yüksək səviyyəli oyunçular var. Uesli Sneyder də bu adlardan biridi. Gerçək Sneyderi mənimlə görəcəksiniz. Drogba yaşının çoxluğuna baxmayaraq hələ doğru şəkildə çalışıb komandaya çox fayda verir».

«Qalatasaray»ın başındakı ilk matçına da toxunan Roberto Mançini deyib: «Yuventus»lə heç-heçə Çempionlar Liqasında irəliləməyə ümid verdi. «Yuventus» «Yuventus»du. Həmişə güçlüdü. Baş məşqçi dəyişikliyini də oyunçularımız müsbət istiqamətdə qarşıladılar».

Xəbər 938 dəfə oxundu.