MDB ölkələrinin Milli Olimpiya Komitələrinin Regional Forumu keçiriləcək
09-11 Oktyabr, 2013-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində MDB ölkələrinin Milli Olimpiya Komitələrinin Regional Forumu keçiriləcəkdir.
Forumda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Bakı 2015 Avropa Oyunları” ilə bağlı təqdimatla çıxış edəcəkdir.

Forum zamanı Qazaxıstan Milli Olimpiya Komitəsinin prezidenti Temirxan Dosmuxanbetov forumu açıq elan edəcək. MDB və Baltikyanı ölkələrin MOK-nin nümayəndələri müxtəlif mövzularda dəyirma masa ətrafında müzakirələr aparacaqlar.

Həmçinin iclas zamanı Soçi 2014 Təşkilat Komitəsinin nümayəndəsi Soçi Qış Olimpiya Oyunlarına hazırlıq haqda, Tbilisi 2015 Təşkilat Komitəsinin icraçı direktoru 2015-ci ildə Tbilisi şəhərində keçiriləcək Gənclərin Avropa Olimpiya Festivalına hazırlıqlarla bağlı hesabat verəcəklər.

Xəbər 2438 dəfə oxundu.