Natəvan Əfşar: Biz də bu mövsüm iddialıyıq
«Digər komandalarımız kimi, biz də bu mövsüm iddialıyıq. İstər ölkə çempionatında, istərsə də Avropa Çempionlar Liqasında». Bunu idman.com.az saytına «Azəryol» klubunun voleybolçusu Natəvan Əfşar deyib. Təcrübəli toppaylayıcısı bildirb ki, avrokubokda başqa kollektivlərlə müqayisədə, onlar çətin qrupa düşüblər:

«Qrupumuzda güclü rəqiblər yer alıb. Opponnetlərimizə qalib gəlmək üçün, bütün qüvvəmizi ortaya qoyub, əzmkarlıq nümayiş etdirməliyik. Buna görə çox çalışıb, öz oyunumuzu göstərməliyik. Fikrimcə, bunun öhdəsindən gələcəyik».

Milli komandanın üzvü əlavə edib ki, heyətdə onun mövqeyində kubalı legioner Yuside Sillie də çıxış edir. Baş məşqçi mübarizə zamanı hər 2 voleybolçuya şans verir. Daim heyətdə oynamaq üçün, etimadı yüksək səviyyədə doğrultmalıdır.

Xatırladaq ki, Çempionlar Liqasında «E» qrupunda qərarlaşan «Azəryol», İstanbulun «Qalatasaray, İtaliyanın «İmoko» və «Unendo Yamamay» klubları ilə görüşəcək. «Dəmiryolçular» ilk matçını noyabrın 28-də səfərdə «İmoko»ya qarşı keçirəcək.

Xəbər 1071 dəfə oxundu.