Azərbaycan Superkubokunun vaxtı açıqlandı
Azərbaycan Superkubokunun keçirilmə yeri və vaxtı müəyyənləşib.

Həlledici görüşdə son Azərbaycan çempionu "Neftçi" və ölkə kubokunun finalçısı "Xəzər Lənkəran" klubları üz-üzə gələcək.

Oktyabrın 23-nə nəzərdə tutulan Superkubok matçı ilk dəfə olaraq Naxçıvanda keçiriləcək.

Qeyd edək ki, bu günə qədər cəmi 3 Superkubok matçı keçirilib ki, bunların da ikisində "Neftçi", birində isə "Qarabağ" qalib gəlib.

Xəbər 926 dəfə oxundu.