Milli komandada ciddi itki
Türkiyə millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Estoniya və Hollandiya ilə keçirəcəyi oyunların hazırlıqlarını davam etdirir.Komandanın əsas üzvlərindən olan Burak Yılmaz zədəsi səbəbindən məşqlərdə iştirak edə bilmir.

Belə ki, Superliqada keçirilən “Akhisar BS” ilə oyuna da ağrıkəsici iynə ilə çıxan təcrübəli hücumçunun müayinəsi davam edir. Burakın həmin görüşlərdə yığmaya kömək edib-etməyəcəyi isə sual altındadır.

Qeyd edək ki, Türkiyə millisi Estoniya ilə 11, Hollandiya ilə 15 oktyabr tarixində üz-üzə gələcək.

Xəbər 815 dəfə oxundu.