Sandro Rosell: "Vilanova kluba geri dönəcək"
"Barselona"nın prezidenti Sandro Rosell sabiq baş məşqçiləri Tito Vilanavo haqda önəmli açıqlama verib.

O, ispan mütəxəssisin sağalacağı təqdirdə, yenidən Kataloniya klubuna qayıdacağını deyib: "Əgər Tito sağalsa, yeni mövsümdən "Barselona"ya geri dönəcək. Hansı vəzifədə çalışacaq bunu deyə bilmərik. Amma sağlamlığı yerində olsa, yüz faiz geri dönəcək".

S.Rosell iki gün əvvəl T.Vilanova ilə görüşdüyünü və onun çox yaxşı olduğunu da bildirib.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis yayda xərçənd xəstələyinin daha da dərinləşməsi səbəbindən Kataloniya klubundan ayrılıb.

Xəbər 1112 dəfə oxundu.