Ronaldinyo: "Karyeramı PSJ-də başa vurmaq istəyirəm"
"Atletiko Mineyro" klubunun yarımmüdafiəçisi Ronaldinyo gələcək karyerası haqda danışıb.

33 yaşlı ulduz futbolçu karyerasını Fransanın PSJ klubunda başa vurmaq istədiyini bildirib:

"Gələcəyimlə bağlı bəzi düşüncələrim var. Hər futbolçu karyerasını PSJ kimi komandada başa vurmaq istəyər. Üstəlik onlar hazırda çox güclü və səviyyəli futbolçulardan təşkil olunmuş bir komandadır".

Qeyd edək ki, Ronaldinyo 2001-2003-cü illərdə PSJ-də çıxış edib.


Xəbər 888 dəfə oxundu.