"Milan"ın futbolçusu 4 oyunluq cəzalandırıldı
İtaliya A Seriyasının sonuncu turu çərçivəsində "Yuventus"a məğlub olan "Milan" klubu daha bir itki ilə üzləşib.

Komandanın aparıcı müdafiəçisi Filip Mekses 4 oyunluq cəzalandırılıb.

Buna fransız futbolçunun "Yuventus"la matçda rəqib futbolçu Giorgio Çiellinini yumruqla vurması səbəb olub. Həmin epizodu araşdıran İtaliya Futbol Federasiyası (İFF) Meksesi 4 oyunluq cərimələyib.

Qeyd edək ki, "Yuventus" - "Milan" oyunu 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xəbər 958 dəfə oxundu.