İngiltərə millisi ciddi itki ilə üzləşdi
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Monteneqro və Polşa yığmaları ilə qarşılaşacaq İngiltərə millisi ciddi itki ilə üzləşib.

Millinin sol cinah müdafiəçisi Eşli Koul zədə səbəbindən komandanın heyətindən çıxarılıb.

İngiltərə Premyer Liqasında "Norviç"lə görüşdə qabırğasından zədələnən "Çelsi"nin futbolçusu qarşıdakı görüşlərdə forma geyinə bilməyəcək. Koulun əvəzində "Arsenal"ın müdafiəçisi Kiran Gibbs heyətə daxil edilib.

Qeyd edək ki, oktyabrın 11-də evdə Montenqro ilə qarşılaşan İngiltərə 4 gün sonra Polşanı qəbul edəcək.

Xəbər 882 dəfə oxundu.