FİFA "DÇ-2022" ilə bağlı qərarsız qalıb
FİFA Qətərdə təşkil olunacaq "DÇ-2022"nin hansı mövsümdə keçirilməsi ilə qərarını hələ də açıqlamayıb.

Ali futbol qurumu bu barədə qərarını verməkdə çətinlik çəkir.

İsveçrədə keçirilən iclasda FİFA İcraiyyə Komitəsinin üzvü Ualter de Qriqorio dünya çempionatının hansı mövsümdə keçirilməsi ilə bağlı müzakirələrin davam etdiyini bildirib:

"Dünya çempionatının Qətərdə keçiriləcəyinə heç bir şübhəmiz yoxdur. Əsas məsələ mundialın hansı mövsümdə keçirilməsidir. Qış, yoxsa yay? Bu barədə müzakirələr davam edir".

Xəbər 1072 dəfə oxundu.