Millimizin məşq cədvəlində dəyişiklik edildi
Bakı şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının məşq cədvəlində dəyişiklik edilib.

Oktyabrın 8-də millinin mətbuat və azarkeşlər üçün, əvvəlcədən nəzərdə tutulduğu kimi, 2 deyil, 1 məşqi keçiriləcək.

Saat 11:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.

Xəbər 907 dəfə oxundu.