“Real”ın yeni hədəfi
Madrid "Real"ı qış transferi pəncərəsi dönəmində hücum xəttinə yeni futbolçu gətirməyə hazırlaşır.

“Kral klubu”nun bu dəfə hədəfində olan oyunçu "Mançester Siti"dən Serxio Aquerodur.

Artıq bunun üçün "Real"ın Premyer Liqa təmsilçisinin nümayəndələri ilə rəsmi danışıqlara başladığı bildirilib.

Klub argentinalı hücumçu üçün 45 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Aquero 2011-ci ildə "Atletiko"dan (Madrid) "Mançester Siti"yə transfer olunub.

Xəbər 911 dəfə oxundu.