Əfsanəvi kapitan komandasının məqsədini açıqladı
"Roma"nın əfsanəvi kpitanı Totti komndanın hazırkı durumu və gələcək planlar barədə fikirlərini bölüşüb:

"Ardıcıl 7 matçda qələbə qazanmaq asan deyil. Ümid edirəm ki, bu seriya davam edəcək. Mövsümün sonuna hələ çox var, amma bilirik ki, bu dəfə komandamız çox şeyə qadirdir. İnanmıram ki, çempionatın startında kimsə bizdən belə bir nəticə gözləyirdi. Heyətimiz yaxşıdır, müxtəlif millilərdən futbolçularımız var. Bundan əlavə, üzərimizdə heç bir təzyiq yoxdur, yüksək nəticəyə nail ola bilərik. "Roma" istənilən komanda ilə mübarizə apara bilər. Rəqiblər güclüdür, amma hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır".

Xəbər 917 dəfə oxundu.