Mourinyo: "Bu hərəkətdən nifrət edirəm"
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo oyunçuların özlərini bilərəkdən yerə atmasından nifrət etdiyini söyləyib.

Portuqaliyalı mütəxəssis öz futbolçularına bu hərəkəti etməməsini tapşırıb:

"Bundan nifrət edirəm. Simulyasiya çox pis hərəkətdir. Başqa bir oyunçunun qırmızı vərəqə alması üçün bunu etmək utancvericidir".

Mourinyo qeyd edib ki, futbolçularından hansısa bu hərəkəti edəyəcəyi təqdirdə onları tənqid edir: "Bu hərəkəti edən futbolçunu tənqid edirəm, ancaq ehtiyat oyunçular skamyasında saxlamıram. Ümumiyyətlə oyunçum səhv hərəkət etdikdə onu ehiyatda saxlamaqla cəzalandırmıram, sərt bir şəkildə tənqid edirəm".

50 yaşlı mütəxəssisin sözlərinə görə, Çempionlar Liqasında futbolçular bilərəkdən özünü yerə çox atır: "Buna çox təəssüflənirəm".

Xəbər 861 dəfə oxundu.