Droqba bu dəfə bacarmadı
"Qalatasaray"ın futbolçusu Didye Droqba ilk dəfə Türkiyə Superliqasında vurduğu qolla komandasına kömək edə bilməyib.

Ötən mövsüm İstanbul klubuna transfer olan Fil Dişi Sahili yığmasının hücumçusu ölkə çempionatında forma geyindiyi 26 oyunda 11 qol və 7 məhsuldar ötürməyə imza atıb.

Bu qarşılaşmaların heç birində "Qalatasaray" xalsız qalmayıb. Ancaq dünən "Akhisar Bələdiyyəspor"un qonağı olan "Cim Bom" Droqbanın qol vurmasına baxmayaraq sonda 1:2 hesabı ilə məğlub olub. Bununla da, ilk dəfə olaraq 35 yaşlı futbolçunun qol vurduğu oyunda komandası meydanı məğlub tərk edib.

Qeyd edək ki, "Qalatasaray" hazırda turnir cədvəlində 7 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər 889 dəfə oxundu.