İngiltərə Premyer Liqasında lider yenə dəyişdi | |
Futbol üzrə İngiltərə Premyer Liqasında VII tura yekun vurulub. Son oyun günündə 4 qarşılaşma baş tutub. "Çelsi" səfərdə "Norviçi" məğlub edib - 3:1 "Sauzhempton" öz meydanında "Suonsi"ni qəbul edib və 2:0 hesablı qələbə qazanıb. "Tottenhem" doğma meydanda "Vest Hem"lə bacarmayıb və rəqibinə böyük hesabla məğlub olub - 0:3. "Arsenal" isə səfərdə "Vest Bromviç"lə 1:1 hesablı bərabərə qalıb. Qazanılan bir xal London təmsilçisini yenidən turnir cədvəlinin lideri edib. 6 oktyabr İngiltərə Premyer Liqası, VII tur "Norviç" - "Çelsi" - 1:3 Qollar: Oskar, 4 (0:1), Pilkinqton, 68 (1:1), Hazard, 85 (1:2), Vilian, 86 (1:3) "Sauzhempton" - "Suonsi" - 2:0 Qollar: Lallana, 19 (1:0), Rodrigez, 83 (2:0) "Tottenhem" - "Vest Hem" - 0:3 Qollar: Reid, 66 (0:1), Rikardo, 72 (0:2), Morisson, 79 (0:3) "Vest Bromviç" - "Arsenal" - 1:1 Qollar: Yakob, 42 (1:0), Vilşere, 63 (1:1) 5 oktyabr "Mançester Siti" - "Everton" - 3:1 Qollar: Lukaku, 16 (0:1), Neqredo, 17 (1:1), Aquero, 45 (2:1), Hovard, 69-avtoqol (3:1) "Kardiff" - "Nyukasl" - 1:2 Qollar: Remi, 30 (0:1), 38 (0:2), Odemvinqie, 58 (1:2) "Hall Siti" - "Aston Villa" - 0:0 "Fulhem" - "Stok Siti" - 0:1 Qol: Bent, 82 (1:0) "Liverpul" - "Kristal Palas" - 3:1 Qollar: Suarez, 13 (1:0), Staric, 17 (2:0), Cerard, 38-pen (3:0), Qayl, 77 (3:1) "Sanderlend" - "Mançester Yunayted" - 1:2 Qollar: Qardner, 5 (1:0), Yazunaj, 55 (1:1), 61 (1:2) |
|
Xəbər 1116 dəfə oxundu. |
|
|