Subaşiçin qolu Nduka və Popoviçi məyus etdi | |
Türkiyə PTT Birinci Liqasında 8-ci turun oyunları keçirilib. Milli komandamızın üzvü Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” Andrey Popoviçlə Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor” klubu ilə qarşılaşıb. Popoviçin adı 18-likdə olmasa da, Subaşiç və Nduka start heyətdə meydana çıxıblar. Görüş "Orduspor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu isə Subaşiç vurub. Qeyd edək ki, “Orduspor” 16 xalla 2-ci, “Tavşanlı Linyitspor” isə 6 xalla 16-cı pillədə qərarlaşıb. |
|
Xəbər 896 dəfə oxundu. |
|
|