Türkiyə Superliqası: "Qalatasaray" uduzdu
Türkiyə Superliqasında VII tura yekun vurulub.

Son oyun günündə daha 5 qarşılaşma baş tutub.

"Kasımpaşa" öz meydanında "Elazığspor"u darmadağın edib - 4:0.

"Antalyaspor" səfərdə "Rizespor"dan üstün olub - 2:1.

"Akhisar" doğma meydanda "Qalatasaray"a qalib gəlib - 2:1.

"Sivaspor" - "Gənclərbirliyi" matçında meydan sahibləri qələbəni qeyd ediblər - 2:0.

Qeyd edək ki, bu mövsüm "Qalatasaray" Superliqada uduzmayan yeganə komanda idi.

Günün maraqla gözlənilən "Fənərbaxça" - "Trabzonspor" matçında isə qapılara qol vurulmayıb.





6 oktyabr

Türkiyə Superliqası, VII tur

"Kasımpaşa"- "Elazığspor" - 4:0
Qollar: Donk, 14 (1:0), 32 (2:0), Basdas, 45 (3:0), Skarione, 90 (4:0)

"Risezespor" - "Antalyaspor" - 1:2
Qollar: Diarra, 45 (0:1), Köse, 59 (1:1), Baroş, 88 (1:2)

"Akhisar" -"Qalatasaray" - 2:1
Qollar: Niasse, 34 (1:0), 57 (2:0), Droqba, 68 (2:1)

"Sivasspor" - "Gənclərbirliyi" - 2:0
Qollar: Karabulut, 32 (1:0), Cebbour, 88 (2:0)

"Fənərbaxça" - "Trabzonspor" - 0:0



5 oktyabr

"Eskişehirspor" - "Beşiktaş" - 0:1
Qol: Şişmanoğlu, 70 (0:1)

"Kayserispor" - "Qaziantepspor" - 0:1
Qol: Özbayraktar, 54 (0:1)

"Konyaspor" - "Erciyesspor" - 1:0
Qol: Gekas, 57 (1:0)


4 oktyabr

"Karabükspor" - "Bursaspor" - 0:1
Qol: Murat Yıldırım, 31 (0:1)

Xəbər 1025 dəfə oxundu.