«Qızıl top»a 23 namizəd
Yanvar ayının 13-də öz yeni sahibini tapacaq «Qızıl top»a namizədlərin geniş siyahısı açıqlanıb. «El Mundo Deportivo»nun yazdığına görə, oktyabrın 29-da rəsmi açıqlanacaq 23 nəfərlik siyahıda «Barsellna»nın 10 oyunçusunun adı olacaq. Bunlar Messi, Neymar, İnyesta, Buskets, Pike, Dani Alves, Fabreqas, Maskerano, Xavi və Xordi Albadı.


«Qızıl top»a namizədlər arasında həmçinin Kriştiano Ronaldo, Serxio Ramos, Mesut Özil, Frank Riberi, Aryen Robben, Robert Levandovski, Didye Droqba, Yaya Ture də var. İlin ən yaxşı məşqçisi olmağa 10 namizəd arasında isə titulun son sahibi Visente Del Boske ilə yanaşı, Yupp Haynkes, Joze Mourinyo və Pep Quardiola da yer alırlar.

Xəbər 1044 dəfə oxundu.