İbrahimoviç xətsə uşağa baş çəkəcək
PSJ-nin isveçli forvardı Zlatan İbrahimoviç Sarayevoya yola düşür. Futbolçu burada qan azlığından əziyyət çəkən 8 yaşlı bir uşağa baş çəkməlidi.

İsveç yığmasının bosniyalı kökü olan futbolçusu ölkəsinin mətbuatından xəstə Hayrudin Kamenjasın öz kumiri ilə görüşmək istəyində olduğunu öyrənib.

Həkimlərin son proqnozlarına görə uşağın cəmi 1 ay örü qalıb. İbrahimoviç mətbuata bu səfəri barədə deyib: «Mən hər kəsi xoşbəxt etmək istəyirəm. Görək bu uşaq üçün nə edə bilərik. Bu, çox qəmgin bir əhvalatdı».

Xəbər 1060 dəfə oxundu.